Gündən-günə inkişaf edən Xəzər TV-də maraqlı veriliş yayımlanacaq. Aparıcı Çiçək Vakkas və Müşfiq Şahverdiyev tezliklə Xəzər TV-də birgə layihə ilə hər kəsi salamlayacaq. Xəbərçi.az-a daxil olan özəl informasiyaya görə, "Oyan Azərbaycan"ın aparıcısı Fira Cəlilovanın verilişinin yayımı dayandırılır. Onun əvəzinə fərqli layihə ilə Çiçək Vakkas və Müşfiq Şahverdiyev çıxış edəcək.
Məsələni dəqiqləşdirmək üçün aparıcı Fira ilə əlaqə saxladıq. Aparıcı xanım xəbəri təsdiq etdi: "Hələ 2 həftə biz efirdəyik. Daha sonra Çiçək və Müşfiqin birgə verilişi yayımlanacaq. Mən isə hələlik radioda fəaliyyət göstərəcəm, daha sonra yeni televiziya layihəsi üzərində çalışacağam".