Müğənni Nura Suri yeni mahnısını təqdim edib.
Xəbərçi.az məlumat verir ki, “Duman” adlı mahnı “Youtube” video hostinqində paylaşılıb.
Mahnının sözləri Nuranın özünə, musiqisi isə Maks Barskiyə aiddir. Müğənni bəstənin aranjimanını Osman Həmidovə həvalə edib.
Qeyd edək ki, mahnını ilk dəfə Rusiyanın məşhur müğənnisi Maks Barski “Туманы” adı ilə ifa edib.