"Ən bahalı maşını sürürəm yaxşı edirəm, əcəb edirəm".
Xəbərçi.az məlumat verir ki, bu sözləri ARB TV-nin “Səhər-Səhər” verlişinə qonaq olan gənc aktrisa Pərvin Abıyeva söyləyib.
Aktrisa, həmçinin, uzun zamandır haqqında gəzən xəbərlərə də münasibət bildirib:
“Azərbaycanda ən çox çəkilən aktrisa mənəm. "Az çəkilir, amma bütün aktrisalardan bahalı maşın sürür" deyənlərdən soruşun görün ki, onlar kinostudiyanın qapısını tanıyırlarmı?! Əgər 1 ildə 5 filmin qalasında sırf baş roldasansa bu heç də az deyil. İldə 50 min olur qonararım. Ən bahalı maşını sürürəm yaxşı edirəm, əcəb edirəm. Getsinlər onlar da etsinlər. Maraqlı olan bilirsiz nədi, səni görəndə qucaqlayıb öpürlər, sən birdənəsən, gözəlim, kuklam deyirlər. Üzünü çevirməyə peşmansan, üzünü çevirən kimi həmin dəqiqə dalınca min söz danışırlar”.
Pərvin təkcə aktrisalıqdan deyil, reklamdan da pul qazanması haqda danışıb:
“573 min izləyicisi olan “İnstagram” səhifəm var. Bütün məhşurlar kimi mən də reklam yerləşdirirəm və fikirləşirəm ki, bunu niyə də havayı etməliyəm. Əgər mən bu insana qazandırıramsa, mən də qazanmalıyam. Reklam edirəm və reklamlara çəkilirəm. Sırf çəkilim deyə çəkilmirəm. Deyirəm bu qiymətə istəyirsən çək, istəmirsən çəkmə. Çünki mən də əziyyət çəkirəm. Filmdə də, serialda da çəkilirəm. İşləyirəm, əziyyət çəkirəm. Niyə də qazanmamalıyam”.