Vüsalə atası haqda xəbərə əsəbiləşdi: "O, mənə atalıq etməyib ki, narahat olacaq yerim olsun"

Vüsalə atası haqda xəbərə əsəbiləşdi: "O, mənə atalıq etməyib ki, narahat olacaq yerim olsun"

Tanınmış teleaparıcı Vüsalə Kərimova adının əməkdar artist, Vaqif Kərimovla birlikdə çəkilməsindən əsəbləşib.

Xəbərçi.az bildirir ki, milli.az-a açıqlama verən teleaparıcı atası ilə olan soyuq münasibətlərinə bu cür aydınlıq gətirib:

"Bəli, həmin şəxsin mənim atam olduğu doğrudur. Biri var ki, sıradan bir insan olsun, bir də var ki, insan əməkdar artistdir, Qarabağ müharibəsi veteranıdır, gündəmdədir, seriallarda çəkilir, İrəvan teatrındakı tamaşalarda oynayır. Bütün bu titulları ola-ola insanın adı "Sən demə, xəstəxanaya yerləşdirilən əməkdar artist Vüsalə Kərimovanın atası imiş".

Bu dəhşətli bir bənzətmədir, heç xoşuma gəlmədi. Bizim münasibətimiz yoxdur, bu, o demək deyil ki, biz dalaşmışıq. Sadəcə olaraq, mən dünyaya gəlməmiş valideynlərim ayrılıb. Bunun mənə heç bir aidiyyəti olmayıb. Mən babamın yanında böyümüşəm, ata və ata qayğısı, istəyi görməmişəm ki, onun üçün narahat olacaq bir yerim olsun. Bəli, insandır, bilirəm ki, xəstəxanadadır. Elə də bir ciddi problemi yoxdur, vəziyyəti yaxşılaşıb. İrəvan Teatrının rəhbəri İftixar Piriyevlə əlaqə saxlayıram, o tez-tez yanına gedib-gəlir. Bundan başqa xəstəxanadan xahiş etmişəm ki, həkimlər ona yaxşı nəzarət etsinlər. Bu qədər, Allah şəfa versin!".


loading...