Xəbər verdiyimiz kimi, İrəvan Dövlət Dram Teatrının aktyoru, əməkdar artist Vaqif Kərimov xəstəxanaya yerləşdirilib. 66 yaşlı aktyorun Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsinə aparıldığı, vəziyyətinin ağır olduğu qeyd edilib.
Xəbərçi.az-ın qafqazinfo-ya istinadən məlumatına görə, mövzu ilə bağlı aktyorun müalicə aldığı xəstəxanya müraciət etsə də, səhhəti barədə məlumat verilməyib. Daha sonra əməkdar artistin qızı, məşhur aparıcı Vüsalə Kərimova ilə əlaqə saxladıq. Uzun müddətdir ki, atası ilə küsülü olan aparıcı valideyninə şəfa diləyib.
Qeyd edək ki, V. Kərimov illər əvvəl Vüsalənin anasından ayrılıb.