Tanınan teleaparıcı Azər Axşam tədbirlərin birində xaricdə yaşayan oğlu Cavidandan danışıb.
Xəbərçi.az məlumat verir ki, yenicag.az-a açıqlama verən aparıcı oğlunu evləndirərkən seçiminə müdaxilə etməyəcəyini bildirib:
"Oğlum xaricdə yaşayır. Artıq 21 yaşı var, bu gün-sabah evlənib, ailə-uşaq sahibi olacaq. Onun ya əcnəbi, ya da azərbaycanlı qızla evlənməsinin mənim üçün heç bir fərqi yoxdur. Əsas odur ki, sevib-seçsin və ürəyi istəyən qızla evlənsin. Sadəcə olaraq, həmişə deyirəm ki, "çalış, evlənəcəyin qız müsəlman olsun"".
Aparıcı oğlu ilə oxşar cəhətlərindən də danışıb:
"Mən də onun kimi 20 yaşımdan öz zəhmətim hesabına pul qazanmışam. Oğlum da işgüzarlıqda mənə oxşayıb, tənbəl deyil. Uşaq olanda, onu tez-tez danlayırdım, indi yekə kişidir, nəyin doğru, nəyin yanlış olduğunu gözəl bilir. O, anası ilə birgə yaşayır. Lazım olanda, anası sözünü deyir. Vaxtaşırı onunla "skayp"la danışıram".