Könül Kərimova qızını məcbur evləndirib?

Könül Kərimova qızını məcbur evləndirib?

"ARB Ulduz"un "Virtual Həyat" verlişinin növbəti qonağı müğənni Könül Kərimova olub. 

Xəbərçi.az bildirir ki, müğənni qızını məcbur ərə verməsi ilə bağlı gəzən şaiyələrin yalan olduğunu və kürəkəni ilə qızının bir-birini sevdiyini bildirib:

"İndi başqa dövrdür axı. Mən qızımı necə məcbur evləndirə bilərəm ki?! Yaxınlarım deyirdi ki, bu evliliyə razılıq vermə! Ona görə deyirdilər ki, qız rayona gedəcək, bu mühitdən çıxıb o mühitə necə öyrəşəcək? Müəyyən çətinliklər vardı. 

Mən yaxşı mənada çarəsiz qaldım. Onlar bir-birlərini sevməyə başladılar. Real bir şey etiraf edəcəm. Çünki bunu bütün rayon, qohum-əqraba bilir. Bu evliliyə ilk mənim istəyim olub. Əvvəlcədən kürəkənim qızımı, qızım da kürəkənimi görməmişdi". 

Sənətçi, həmçinin, kürəkəninin xasiyyəti barədə də açıqlama verib:

"Öz məclislərində elə yaxşı gülərüz idi ki. Bu, onun xarakterindən irəli gəlir. Hətta bir dəfə nişanda zarafat da etdim. Gedib yanına dedim ki, ay Orxan, bir az üzün gülsün də. Elə bilərlər ki, qızı sənə məcbur vermişəm. Gülür, gülür, sonra görürəm yenə sakit dayanır. Tanısaz, həyatda tamam başqa bir insandır".


loading...