Ötən gün "5-də 5" verilişinin qonağı Azərbaycanın tanınmış aktrisası Pərvin Abıyeva olub.
Xəbərçi.az məlumat verir ki, Pərvin verilişdə maraqlı açıqlamaları ilə yadda qalıb.
O, aparıcı Zaur Kamalın evə gec gəlməsi barədə verdiyi sualı belə şərh edib:
"Elə olur ki, evə 1 sutkadan sonra gəlirəm. Gecə 3-də evə gəldiyim vaxtlar da olub. Hətta 4 sutka yatmadan çalışmışam, çəkilişlərdə olmuşam. 6 ildir ki, həmin binada yaşayıram. Heç qonşularımı tanımıram. Ev mənim deyil? Heç gəlməyə də bilərəm. Bundan başqa, maşınım barədə sual verirsiz. Maşınımın bahalı olması kimə maraqlıdır? Mən kimdənsə soruşuram ki, necə yaşayırsan?"
Proqram bitəndən sonra Abıyeva İnstaqramda onu tənqid edənlərə cavab verib:
"Yazılan rəylərdə yazırsız ki, yekəxanayam, özümü dartıram. Bəli, mən beləyəm. Məni sevən belə də sevəcək, sevməyən isə nə qədər sadə olsam, ürəyimi çıxarıb versəm, yenə bir mız tapacaq. Həmin insanlar pisliyindən qalmayacaq. Çalışın ki, öz həyatınızı yaşayın. Və yaxud, yaşamağı öyrənin. Həyata bircə dəfə gəlirsiz. Bunu dəyərləndirməyi bacarın".
qafqazinfo.az