"Eurovision" təmsilçilərimizdən olan Səmra Rəhimli sosial şəbəkədə yeni fotolarını paylaşıb.
Xəbərçi.az məlumat verir ki, sənətçi sinə dekolteli fotosunu 81 minlik İnstaqram səhifəsində paylaşıb. 1700-dən çox bəyəni toplayan foto xeyli müzakirə edilib. Belə ki, izləyicilərin əksəriyyəti müğənninin açıq sinəsini tənqid ediblər. Lakin fotoya xoş rəylər yazanlar da az olmayıb.
Səmra paylaşımında "Seçə bilmədim hansı daha yaxşıdır. Tərəzi bürcü olmaq heç yaxşı deyil" şərhini yazıb.