Sərxanla Nadir arasında qalmaqal: "Səni İlhamə Quliyevanın yanına yatasan"

Sərxanla Nadir arasında qalmaqal: "Səni İlhamə Quliyevanın yanına yatasan"

Aparıcı Sərxan Kərəmoğlu yeni başlayan "Evimin qonaqları” verilişində müğənni Nadir Qafarzadəni ələ salıb.

Xəbərçi.az bildirir ki, aparıcı Qafarzadənin mərhum xalq artisti İlhamə Quliyeva ilə bağlı açıqlamasını oxuyub. Kərəmoğlu Nadirin xalq artisti Nazpəri Dostəliyevanın başına tac qoyması ilə bağlı narazıçılığına bunları deyib:

"Sənin xanımını bacım, övladlarını öz balam qədər çox istəyirəm. Onlar olmasaydı deyərdim ki, səni elə onun yanına yatasan. Bu nədi gic-gic yazmısan?”.

Nadir isə S.Kərəmoğlunun onu ələ saldığı videosunu paylaşaraq etirazını bildirib:

"Qiyməti siz verin. Özünə müsəlman deyən şəxs dünyasını dəyişən və haqq dünyasında olan birinin arxasınca lağlağı edib, ələ salıb gülə bilərmi? Heç kim ölməyəcək? Kimin necə olduğunu Allah bilir. Vaxtı çatanda hamı öləcək. Allah sizə rəhmət eləsin İlhamə xanım”.

mənbə: axşam.az


loading...