Aparıcılar Azər İsmayılov və Vüsalə Əlizadə bir araya gəlib.
Xəbərçi.az məlumat verir ki, buna səbəb cütlüyün qızı Diləyin doğum günü olub. 2014-cü ildə qalmaqallı şəkildə rəsmən boşanan ulduz cütlük Dilək üçün görüşüb və bir yerdə zaman keçiriblər. Azər birlikdə çəkdirdikləri fotonu İnstaqram səhifəsində paylaşıb və belə qeyd edib:
“Dilək balam artıq 6 yaşına keçir. Atasının gül balası, səni təbrik edirəm. Birlikdə maraqlı video olacaq. Yeri gəlmişkən, şəkil pis alınıb”
Xatırladaq ki, 2016-cı ildə Azər ikinci dəfə ailə qurub.