Şəbnəm Elgizə: "Evdə tək olanda səni çağıra bilmərəm" - VİDEO

Şəbnəm Elgizə: "Evdə tək olanda səni çağıra bilmərəm" - VİDEO

ARB TV-nin "Səhər-Səhər" proqramınının növbəti qonağı Əməkdar artist Şəbnəm Tapdıq olub.

Xəbərçi.az məlumat verir ki, verilişdə müğənni mətbəxdə əl qabiliyyətinin yaxşı olmasından danışıb. Belə ki, o, əla küftə-bozbaş bişirdiyini deyib:

“Mən yemək bişirə bilmirəmsə, mətbəxə girmirəm. Bişirəndə isə o mütləq gözəl olmalıdır. İransayağı bozbaş bişirirəm. Uşaqlar dadına baxır, bəyənir”.

Bundan sonra aparıcı Elgiz Əkbərin müğənniyə “bir gün bişirərsən, tort alıb gələrəm, iki dost kimi oturarıq” təklifinə, Əməkdar artist qəti şəkildə etiraz edərək belə cavab verib:

“Mən səni tək necə evə çağırım?! O mənim xarakterimə uyğun deyil ki, mən evdə oturum tək və evə bir kişi dəvət edim. Mümkün deyil bu. Ancaq buradakı qızları götür gəl”.


loading...