"Eurovision" iştirakçılarımızdan olan Dilarə Kazımova yenə açıq-saçıq fotosessiyası ilə gündəmə gəlib.
Xəbərçi.az məlumat verir ki, sənətçi cəsarətli şəkillərini 31 minlik İnstaqram səhifəsində paylaşıb.
Müğənni fotolara "Havada eşq qoxusu var" şərhini yazıb. Dilarənin fotolarının müəllifi Xalid Zeynalovdur. Müğənni paylaşımına yazılacaq tənqidlərin qarşısını almaq üçün şərh bölümünü bağlayıb.
Qeyd edək ki, bir müddət əvvəl media nümayəndələrinə açıqlama verən Dilarə cəsarətli fotolar çəkdirməsi ilə bağlı sualları cavablandırmışdı. O bildirib ki, bədəni gözəl olduğu üçün belə şəkillər çəkdirməkdən çəkinmir. axşam.az