ARB TV-nin "Səhər-səhər” prqramının növbəti qonağı məşhur gitara ifaçısı, Xalq artisti Rəmiş (Rafiq Hüseynov) olub.
Xəbərçi.az məlumat verir ki, Rəmiş efirdə maraqlı açıqlamalar edib. Belə ki, sənətçi, kişilərin özlərinə baxmaqlarını yaxşı qarşılamadığını bildirib:
"Hər insanın yaş tərzi keçdikcə, onun müdrikləşməsi var. Ona ağsaqqal deyirlər. Qara saçla ağsaqqal deməkləri düzgün gəlmir. Onlara canım qurban, qoy etsinlər. Amma kişi niyə özünə gözəllik etsin ki? Aparıcılara olar, amma mənə olmaz, Arif Babayevə olmaz. Hər insanın öz seçimi var, dünya görünüşü var. Amma mən onları da dəstəkləyirəm”.