Səbinə sevgililərə elə bir sürpriz hazırlayır ki ...

Səbinə sevgililərə elə bir sürpriz hazırlayır ki ...

 Müğənni Səbinə Əskərova artıq uzun müddətdir ki, yeni mahnı üzərində çalışır. Xəbərçi.az-a açıqlama verən gənc sənətçi dillər əzbəri olan bir mahnını yeni aranjimanda təqdim edəcəyini bildirib:

"14 fevral üçün özəl mahnı hazırlayıram. İfa etdiyim mahnı sevgidən bəhs edən və nostalji hissləri oyadan bir eşq əsəridir. Bu mahnını ifa etməzdən əvvəl tərəddüd içində idim. Çünki bunu ya orijinaldan yaxşı oxumalısan, ya da oxumamalısan. İnanıram ki, bu ifam ilə yeni sevgi himni yaratmağı bacaracağam. Hansı mahnı olduğunu hələ demək istəmirəm. Fevral ayının 14-ü hər kəsə nostalji hisslər yaşadacağam...".


loading...