Space telekanalında yayımlanan "Nahara qədər" verilişinin bugünkü qonağı xalq artisti Brilliant Dadaşovanın müğənni bacısı Lalə Dadaşovadır.
Xəbərçi.az yenicag.az-a istinadən məlumat verir ki, aparıcı Sevinc Əliyeva müğənni ilə bağlı ilginc açıqlamalar verib. O, sənətçinin Çexiyadan gələndə gömrükdə saxlanıldığını bildirib:
"Lalə əlində torbalarla gələndə, onu gömrükdə saxlayıblar ki, "aç sumkaları baxaq". Camaat pal-paltar, ayaqqabı, cer-cehiz, bahalı xalı-xalça gətirər, bu da xırda muncuqlar gətirib".
Müğənni aparıcının sözünü təsdiqləyib:
"Düz deyirsən, onda qıtlıq idi, indi mağazalarda hər şey var. Mən o muncuqları gətirirdim ki, paltarlara düzüm. Ancaq sumkalarda yox, qutularda gətirirdim".