Müğənni Elçin Hüseynov "Show time” verilişinə qonaq olub.
Xəbərçi.az bildirir ki, ifaçı proqramda qalmaqallı açıqlamaları ilə diqqət çəkib. Belə ki, o, müğənni qızla evlənməyin ailəsinə uyğun olmadığını bildirib:
"Şübhəsiz ki, razı olmaram. Niyə? Hər bir ailənin öz qayda-qanunları var. Mən demirəm ki, müğənni ilə qəti ailə qurmaq olmaz. Amma açıq deyim, bizdə bu olmaz. Biz səkkiz övlad valideynlərimizin məsləhəti ilə ailə qurmuşuq. Bugünkü gündə də nəslimizin bir ağsaqqalı var. Ailə, nəsil kiçik bir dövlətdir. Bu dövlətin də rəhbəri olur.
O rəhbərin düzgün məsləhəti, yolu olmasa, olmaz. Qardaşım, bacım övladlarına məsləhət verirəm. Aralarında ailə quranları da var. Onların da məsləhətlərini mən vermişəm. Ona görə də müğənni qızla ailə qurmaq bizim ailəyə, xarakterə uyğun deyil. Şou aləmində müğənni ilə ailə quranlar da var. Yəni, burada qəbahət bir şey görmürəm. Amma bu, bizim ailəyə, qayda-qanunlarımıza uyğun deyil”.