Şəbnəm ağlaya-ağlaya 102-yə müraciət etdi: "Özümü öldürəcəm, bəsdirin, əl çəkin" - VİDEO

Şəbnəm ağlaya-ağlaya 102-yə müraciət etdi: "Özümü öldürəcəm, bəsdirin, əl çəkin" - VİDEO

Tanınmış müğənni Şəbnəm Tovuzlu hal-hazırda bəzi media orqanlarında çıxan xəbərlərə üsyan edir. Xəbərçi.az-a ağlaya-ağlaya danışan ifaçı artıq canından bezdiyini, özünü öldürmə həddinə çatdığını bildirib. 

Şəbnəm Tovuzlu ərinin tanınmış insan olmadığı üçün onun şəklinin mediada yayılmasını istəmir, qanunla bunun düzgün olmadığını da bir daha hər kəsə xatırladır. İfaçı öncə hər bir jurnalistdən xahiş edir ki, ailəsinin şərəf ləyaqətinə toxunan, ailəsini və özünü biabır etmək məqsədilə yazılmış sifarişli yazıları öz saytlarında dərc etməsinlər. Hal-hazırda səhhətində problem olan ifaçı artıq vəkili ilə danışıb və məhkəməyə müraciət edib:

"Allahdan qorxun. Hər birinizin ailəsi var. Bəziləri kimlər ki, o sifarişli yazıları yazdırır məgər siz belə düzgün həyat yaşayırsınız ? Bu respublikada Şəbnəmdən başqa adam yoxdu ? Əl çəkin də məndən, əl çəkin ! Hansısa gicbəsər sizə 5-10 manat verəcək deyə siz mənim, ailəmin haqqında axmaq yazılar yazacaqsınız ?! Bəsdirin də ... Mən 102 xidmətinə müraciət etdim, vəkilim bu işlə bağlı məhkəməyə müraciət etdi, iki saytı da məhkəməyə verəcəm. Mən hər zaman jurnalistlərlə dost olmuşam, onlarla mehriban davranmışam. Ancaq yenə kimsə mənim ailəm, ərim, uşaqlarımdan yazsa məndən inciməsinlər. İlk xəbərdarlığı edirəm. Tezliklə mətbuat konfransı edəcəm vəkilim, mətbuat katibimlə birgə məsələyə aydınlıq gətirəcəyik. Bu günkü yazılar silinmədi, bununla bağlı da ərizə yazdım, iş başladı. Heç kəsin haqqı yoxdur mənə belə travmalar yaşatsın. Bu qədər susdum, dedim yazırlar da qoy reytinq qazansınlar. Amma belə insafsızlıq da olmaz axı ?! ".

Qeyd edək ki, bu gün müğənninin mediada yayılan ərinin fotoları yalnışdır və hətta müğənninin əri kriminal şəxs kimi göstərilir, bunlar hamısı yalan, şər, böhtan olduğu üçün ifaçı həm polis idarəsinə gedib ərizə yazıb, həm də vəkilə müraciət edib. 


loading...