Rejissor Kənan M.M. "Kara sevda" filmindən Kemalla Nihanın öpüşmə səhnəsini paylaşıb.
Xəbərçi.az bildirir ki, rejissor Azərbaycan tamaşaçılarının bu cür səhnələrə həvəslə baxmasını, yerli filmləri pisləməsini qınayıb:
"Bu videonu paylaşdığım üçün heç kimdən üzr istəmirəm. Çünki siz bu filmi izləyəndə heç kimdən üzr istəmirdiniz və sevə-sevə izləyirdiniz. İndi də izləyin, burada nə var ki? Mənə yaraşmadı belə şeylər paylaşmaq? O artıq mənim problemimdir. Bunlara hər şey etmək olar, amma bizə olmaz. Çünki bizim şəxsiyyət vəsiqəmizdə "azərbaycanlı” yazılıb. "Camaatın ana-bacısı var ey” deyənlərin ən çox izlədiyi serial. Qız əri ola-ola başqasıyla görüşür, ərindən yox, kənardakı sevgilisindən uşaq doğur, əri bunu bilir, oğlanın bacısını hamilə buraxır, qısası kim–kimi gəldi doğuzdurur və biz bunu alqışlayırıq.
Allah eləməsin, əgər bizimkilər bu mövzuda nəsə çəksələr, adamı güllələyərik. Əzizlərim, unutmayın, biz Sultan Sülrymanla Hürrəmin hamamda öpüşmə səhnəsinə baxıb ağlayanlarıq. Buna görə də bizə və mədəniyyətimizə nə olursa azdır. Xoş seyirlər, dincələ-dincələ baxaq, necədə qəşəng öpüşürlər...
"Gecə qonağı”nda orta barmaq göstərdim, "İlin ən tərbiyəsiz rejissoru” elan edildim. Orijinal millətik, Vallah bizdən yoxdur.
Mənə yox, Azərbaycan filminə sahib çıxın. Neçə ildir şeir yazıram bir sayt belə paylaşmadı. 18 + "Ehtiras” adlı şeir yazdım, hamısı paylaşdı”.
axşam.az