Dünən "5/5"in qonağı həbsdə olan Fədayə Laçının bacısı İlahə Fəda olub.
Xəbərçi.az məlumat verir ki, İlahə bacısı Fədayənin həbs edilməsindən sonra anasının necə əziyyət çəkməsindən danışıb:
"Anam nə Fadayədən, nə də məndən heç nə istəməyib. Həmişə çalışmışıq ki, anamı xoşbəxt edək. Anam gənc yaşlarından taleyi tərs gətirən qadın olub. İndi anam kürlük edir, balasını istəyir.
Deyir ki, "havalar soyudu, görəsən, Fədayə orada necə olacaq". Dil deyib, ağlaya da bilmir. Bir də görürsən gecənin bir yarısı biz onun ağlamaq səsinə oyanırıq".