"Oğlumu görənlər elə bilir ki, sevgilimdir" - Rahidə/

"Oğlumu görənlər elə bilir ki, sevgilimdir" - Rahidə/

“Şou-məkan” proqramının növbəti qonağı müğənni Rahidə Baxışova maraqlı açıqlamalar verib.

Xəbərçi.az məlumat verir ki, "Oğlunla duet oxumaq istəmirsən?" sualına sənətçinin cavabı gözlənilməz olub. Belə ki, o, övladlarını ümumiyyətlə şou-biznesdə görmək istəmədiyini bildirib:

“Əslində oğlumla duet oxumaq beynimdən gəlib keçib, ancaq gedib. Mənim də övladım istedadlıdır. Bəlkə də, nə zamansa olar. Mən bu işin içində olmasaydım, bəlkə də daha çox dəstək olardım. Oğlum musiqini sevir. Gözəl duyumu var, elə qızımın da duyumu var.

Fikirləşirdim ki, oğlum polis olsun və ya idmançı olsun. İstərdim ki, musiqi aləmində olmasın. Madam ki, oğlum, bunu çox istəyir və qarşısını ala bilmirəm, o zaman qoy getsin oxusun. Ancaq orta məktəbi bitirsin, imtahanlarını versin, sonra.

Oğlum hündürboyludur. Mənim yanımda görəndə və mən deyəndə ki, oğlumdur, hamı təəccüblənir. Deyirlər ki, elə bildik sevgilindir”.


loading...