Sevil-Sevincin möhtəşəm konsertinə 3 gün qaldı: "Nömrə birəm..."/

Sevil-Sevincin möhtəşəm konsertinə 3 gün qaldı: "Nömrə birəm..."/

3 gün sonra yəni 28 yanvarda Moskvada yerləşən “Vegas City Hall”da Azərbaycanın sevilən ifaçıları Sevinc və Sevil bacılarının solo konserti keçiriləcək. Konsertə sayılı günlər qalmasına baxmayaraq məşqlər hələdə davam edir. Konsertin aparıcısı Zaur Kamal, təşkilatçısı isə @azstudia və Samirə Zeynalovadır ( @samira__zeynalova )

Gecə boyu 4 libas dəyişəcək bacılar @xeberchi.az - a möhtəşəm konsert vəd ediblər. İddialı bacılar “Nömrə birəm” oxuyacaqlar. Bu “Nömrə bir” o biri nömrə birlərə bənzəməz. Sırf bacılar üçün yazılan bu mahnı görünür çox nömrə birləri kölgədə qoyacaq.

Xəbərçi.az-a Sevil və Sevinc bacıları konsert barədə bir balaca anons ediblər: “Nömrə bir olmaq iddiamız yoxdu. Ümumiyyətlə ulduzluq iddiasında deyilik, heç vaxt da olmamışıq. Konsert çox möhtəşəm keçəcək biz tamaşaçılarımıza güvənərək bunu deyirik. 4 geyim olacaq ... geyimlərimizdə açıq-saçıqlıq olmayacaq, amma kifayət qədər cəsarətli geyimlər olacaq. Küsülü olduğumuz ifaçıların repertuarına müraciət etmişik, ancaq ad açıqlamırıq. Rusiyadan möhtəşəm rəqqaslar dəvət etmişik. Bir sözlə səs- küylü gecə olacaq”.

Qeyd edək ki, konsertdə qonaq ifaçı Vasif Əzimov olacaq.

Konsertin informasiya dəstəkçisi Xəbərçi.az saytıdır. 

Biletlər çox az qalıb, əldə etmək üçün: @azstudia @samira__zeynalova müraciət edin.


loading...