Nəvəsi yanan Mehriban Xanlarova: "Qızımın günahı yoxdur"/

Nəvəsi yanan Mehriban Xanlarova: "Qızımın günahı yoxdur"/

Əməkdar artist Mehriban Xanlarova yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilən nəvəsindən danışıb.

Xəbərçi.az axşam.az-a istinadən məlumat verir ki, aktrisa nəvəsinin yanmasında qızının günahlandırılmasına etiraz edib:

"Nəvəmin səhhəti ilə maraqlananlar, dua edənlər, Allah hər birinizdən razı olsun. Bir məsələyə aydınlıq gətirmək istəyirəm ki, nəvəmin yanmasında qızımın günahı yoxdur. Çünki, nəvəm şəhərdə mənim yanımda idi. Qonaq gəlmişdi bizə. Bu hadisə, bir anın içində oldu. Qurban olum Allaha! Onun yazısına pozu yoxdur. Çətin günlərimdə yanımda olan dostlarıma, tanışlarıma və bütün Azərbaycan xalqına minətdarlığımı bildirəm".

Xatırladaq ki, Mehriban Xanlarovanın nəvəsinin üstünə qaynar su tökülüb. Azyaşlı ikinci dərəcəli yanıq xəsarətləri ilə həkim nəzarətinə alınmışdı.


loading...