Müğənni Şəbnəm Əsədova üçün özəl gündür. Xəbərçi.az-ın əldə etdiyi məlumata görə, ifaçının kəbinli həyat yoldaşı Həci ilə birlikdə olmağının 6 ili tamam olur. Belə ki, cazibədar ifaçını həyat yoldaşı hədiyyəsiz qoymayıb. Ona iphone 8 hədiyyə edib. Ş. Əsədova isə həyat yoldaşına ömrüm deyə müraciət edib və təşəkkürünü bildirib:
Bu gün bizim 6 ilimizin tamam olmasına baxmayaraq, biz çox xoşbəxt avə mehriban ailəyik. Sevgimiz isə sonsuza qədərdir. Həyat yoldaşım amma o qədər diqqətcildir ki, hədiyyəsindən də qalmır. Təşəkkür edirəm, ömrüm".