“Maşın şou”nun 12-ci mövsümündə iştirak edən aparıcı Vüsalə Kərimova və müğənni Günel Ələkbərova arasında mübahisə yaşanıb. Xəbərçi.az məlumat verir ki, aparıcı xanımı verilişdən kənarlaşdıracağını deyən Günel Ələkbərova səs yığa bilməyib və özü oyunu tərk edib. "Maşın" şou tarixində çox gərgin gecə yaşanıb. Gecəboyu bir-birinə atmaca atan hər iki məşhur sonda sakitləşiblər. Mübahisəyə əməkdar artist Mehriban Xanlarovanın otağındakı söhbət zamanı hər iki xanımın bir-birini təhqir etməsi səbəb olub. Günel Ələkbərova: “O, mənim rəqibim deyil, ola da bilməz. Bir qadın digərini təhqir edirsə, nalayiq sözlər işlədirsə, burada heç bir həmrəylikdən söhbət gedə bilməz. O, məni təhqir edib. Biz bir yerdə çörək yemişik. İnsan da yediyi çörəyə tüpürər? Bu xanım deyir ki, tüpürüm sizinlə yediyim çörəyə. Onunla heç vaxt münasibətim olmayıb. Sadəcə aparıcı kimi tanımışam. Yəqin ki, o da, məni müğənni kimi tanıyıb. Bu qadın özünü elə aparır ki, sanki günahsız mələkdir”.
V.Kərimova isə cavabında bildirib:
“Hər kəs haqq etdiyini yaşayır. Sən o sözə layiq idin. Ona görə də eşitmisən. Lazım gələrsə, yenə deyərəm. Çox təəssüf ki, sənin kimi səviyyəsizlə çörək kəsmişəm. Bəli, mən mələyəm. Buna heç şübhən olmasın”.
Xatırladaq ki, Pişik Günel 33,6 %, Vüsalə Kərimova isə 66,94 faiz səs toplayıb.