“Maşın” realiti şousunun dördüncü günündə nələr yaşanacaq ?
Xəbərçi.az məlumat verir ki, yayımlanan anonsda daha bir qalmaqal jurnalist Ülviyyə Alovlu və müğənni Günel Ələkbərova arasında baş verib. Qalmaqalın səbəbi bu gün axşam bəlli olacaq. Pişik Günel “Mən şəkillərimi atdıracam, səni çıxartdıracam. Sənin özünə dəstək verən lazımdır. Sən kimə dəstək verirsən?” sözləri ilə Ü. Alovlunun qəzəbinə tuş gəlib..
Ülviyyə Alovlu isə Günelə cavabında “Çıxart da... Bildik də, sən əlasan, zorsan, bombasan” sözlərini deyib.