Samir Piriyev onlarla işləyəcək -

Samir Piriyev onlarla işləyəcək -

Müğənni Samir Piriyev 4 il birlikdə çalışdığı prodüser Anar Mədətovla yollarını ayırıb.

Əldə etdiyimiz məlumata görə, ifaçı bir çox uğurlu layihə və konsertlərə imza atmış “KEvents Group”la birgə işləməyə qərar verib.

S.Piriyev yeni işbirliyi haqda bunları deyib: “Bu işbirliyindən çox razıyam. Bizə bol şans və uğur gətirəcəyinə inanıram. Çünki çalışmağa başladığım “KEvents Group”un işlərinə bələdəm”.

Qeyd edək ki, “KEvents Group” başda Kənan Bayramov və Elnur Həsənov olmaqla bir neçə prodüserlə və yaradıcı qrupla birgə fəaliyyətini davam etdirir.

primetime.az


loading...