Namiqin ayağındakı gipsi açsalar da hələ gəzmək olmaz: "1 il yarımdan sonra ...”

Namiqin ayağındakı gipsi açsalar da hələ gəzmək olmaz: "1 il yarımdan sonra ...”

1 ay öncə yıxılaraq ayağını sındıran meyxanaçı Namiq Qaraçuxurludan xəbər var.

Xəbərçi.az məlumat verir ki, meyxanaçı bu haqda sosial şəbəkədə paylaşım edərək vəziyyətinin nisbətən yaxşı olduğunu bildirib:

"Mənim üçün nigaran qalıb, "ayağın necə oldu?" sualını verən insanlara məlumat verməyi özümə borc bilirəm. Bu gün əməliyyatımdan 1 ay keçdi və rentgen müayinəsinə getdim. Şükür, hələ ki hər şey qaydasında gedir. Həkimlərin məsləhəti ilə ayağıma bağlanan gipsi açdıq və bununla da vəziyyətim bir az da yüngülləşdi. Müəyyən yaraların sağalmasına isə 1 ay zaman lazımdır. İçəridə şuruplarla bağlanan titanı 1 il yarımdan sonra əməliyyatla xaric edəcəklər. Ayağa qalxıb yavaş-yavaş gəzmək üçün hələ qarşıda 3-4 həftə var. Sizin dualarınız sayəsində, Allahın mənə verdiyi səbr və güclə ötən 1 ayı geridə qoydum. Qayğıma qalan, bunu etmək istəyən, mənim üçün dua edən insanlara təşəkkürüm sonsuzdur".


loading...