Aparıcı Mikayıldan xanımına sərt qadağa: "Evlənəndə şərt kəsdim ki ..."

Aparıcı Mikayıldan xanımına sərt qadağa: "Evlənəndə şərt kəsdim ki ..."

XƏBƏRÇİ.AZ aparıcı Mikayıl Güləddinoğlunun yenicag.az-a müsahibəsini təqdim edir.

– Adətən, tədbirlərə tək qatılırsınız, xanımınızı görə bilmirik. Yəqin icazə vermirsiniz?

– Xanımım həm bu sahəyə aid deyil, həm də tədbirlərə qatılmaq onun özünə də maraqlı deyil. Hətta bəzən ona deyirəm ki, gəl, bir yerdə gedək, etiraz edir.

– Sizə “sərt həyat yoldaşı” demək olarmı?

– Adətən, mənə “köhnə kişi” deyirlər. Hər halda, mən bununla fəxr edirəm.

– Evdə son sözü siz deyirsiniz?

– İlk sözü də mən deyirəm, son sözü də. Evdə kişinin sözü keçməlidir.

– Yəni xanımınız “saqqızınızı” heç cür oğurlaya bilmir?

– Əvvəldən “saqqızım” olmayıb ki, oğurlansın. Mən “saqqızsızam”.

– Evdə sərt qadağalarınız varmı?

– Qadağa yox, sərt tələblərim var. Elə bu tələblər də xanımım tərəfindən yerinə yetirildiyinə görə doqquz ildir ki, şad-firavan ömür sürürük.

– Ən sərt tələbiniz nədir?

– Evlənəndə şərt kəsmişəm ki, anama və atama yaxşı baxmalısan. Şükür Allaha, ailəmizdə bu hörmət-izzət qorunub saxlanılır. Xanımım həm də qohumdur - atamın xalası nəvəsidir. Biz bir-birimizi də əvvəldən tanımışıq deyə ailə daxilində çətinliklərimiz olmadı.

– Heç xanımınızın geyiminə müdaxilə edirsinizmi?

– Əlbəttə. Düzdür, indiyə qədər xanımım əndazəni aşan geyimdə olmayıb. Amma iradlarım ola bilər.

– Ən dözülməz xüsusiyyətiniz hansıdır?

– Xəstələnməyim. Xəstələnəndə uşaqdan betər oluram. Adətən, mövsüm dəyişəndə immunitet zəifləyir və adam tez zökəm olur. Evdə deyirlər ki, kim xəstələnir xəstələnsin, təki Mikayıl xəstələnməsin. Səhərdən axşama qədər zarıyıram. Həmin dəqiqə qarşıma böyürtkən, zoğal, moruq mürəbbələri düzülür, üstümdə əsirlər.

– Nədə daha çox kaprizlisiniz – yeməkdə, geyimdə, yoxsa…

– Yox, qarşıma nə qoyublar yemişəm, geyimdə də kaprizlərim olmayıb. Evdə heç vaxt uşaqların üstünə qışqırmamışam, kimsə qışqıranda hövsələm çatmır, sərt reaksiya verirəm, hətta xanımıma da… Çünki uşağa ancaq 5-6 yaşından sonra nəsə izah etmək olar. Böyük qızımın 6 yaşı var, kiçik qızın 4. Oğlum da 11 aylıqdır.

– Qarderobda klassık tərzdə geyimləriniz çoxdur, yoxsa idman üslubunda?

– Kostyumlarım çoxdur. Təxminən 50 ədəd olar.

– Bəs aksessuarlar?

– Mənim saat kolleksiyam var. Çoxu brenddir, əksəriyyətini də dostlarım bağışlayıb.

– Satsanız, xeyli pul edər.

– Hesablamamışam (gülür).

– Sizə kobudluq edən insana ən sərt reaksiyanız necə olur?

– Yenə də “can” demişəm. Bunu məni tanıyanlar yaxşı bilir. Qədim yunan filosofu Diyojenə deyiblər ki, sənin haqqında pis danışırlar. Deyib ki, yəqin ona yaxşı danışmağı öyrətməyiblər.

– Kinli deyilsiniz ki?

– Qətiyyən. Burdan danışıram, 10 dəqiqədən sonra həmin adam gəlib mənimlə şirin danışır, onunla barışıram. Bəlkə də universitetdə oxuduğum vaxtlarda kiminləsə əlbəyaxa davam olub, amma yaşa dolduqca dəyişmişəm.


loading...