Paylaşımları, fotoları, müsahibələri ilə son zamanlar rekord qıran Naz artıq Bakını tərk edib. Xəbərçi.az məlumat verir ki, Türkiyədə modelliklə məşğul olan Naz XƏBƏRÇİ.AZ-a açıqlama verib. Hələ çox müzakirəyə səbəb olacaq açıqlamanı sizə təqdim edirik:
- Dediniz ki, Azərbaycana ailənizi görməyə gəlmişdiniz. Valideynləriniz sağdır? Qardaş-bacınız varmı?
- Bəli, hər iki valideynim sağdır, 2 qardaşım, 1 bacım var.
- Ailəniz sizin internetdə məhşurluğunuza necə münasibət göstərir?
- Onlar, ümumiyyətlə, internetlə maraqlanan deyillər. Hamısı işində, gücündə insanlardır. Sadəcə deyirlər ki, kim nə dedi, boş ver getsin, hamıya cavab verməyə can atma. Mən də elə edirəm, rəylərdə kim necə gəldi yazır, vecimə almıram.
- Heç olubmu qardaşınız desin ki, Naz, qurtar bunların hamısını, sosial hesablarını bağla, köç Azərbaycana?
-Bəli, deyib. Amma mən ona demişəm ki, mən sənin həyatına qarışmıram, sən də mənimkinə qarışma. Sosial hesabımı heç vaxt bağlamaram. Çünki, mənim yarım milyondan çox izləyicim var.