Prodüser Tarix Əliyev (Tolik) "ASAN xidmət"in əməkdaşını işdən çıxartdırıb.
Xəbərçi.az-ın məlumatına görə, Tolik İnstaqram hesabında qarşılaşdığı xoşagəlməz vəziyyətlə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə müraciət etdiyi haqda məlumat verib:
"Çox obyektiv şikayətimə baxıldı və mənə rəsmi olaraq cavab verildi. Siz də çəkinməyin. Əgər sizə qarşı dövlət idarələri, işçiləri, mühafizəsi, müdiri, bir sözlə vəzifəsini icra edən bir şəxs kobud danışarsa, pul istəyərsə, siz də həmin idarəyə rəsmi olaraq yazıb öz haqqınızı tələb edin. Rüşvət verməyin. Sizinlə pis danışılmasına imkan verməyin. Bu müəssisələr sizin üçün yaradılıb. Allah prezidentimizə can sağlığı versin. Onun yaratdığı "ASAN xidmət" rüşvətxorlara ən böyük zərbə oldu. Hamımız bir olaq. Mübarizə aparaq və inanın nəticəsini görəcəksiniz!".
Agentlik isə qısa zamanda məsələyə dərhal reaksiya verib və rəsmi cavab göndərib.
"ASAN xidmət"in rəsmi cavabını təqdim edirik: