"Onun nə ixtiyarı var ki, özünə sənətkar deyir" - Xalq artistindən Aygün Bəylərə SƏRT SÖZLƏR - VİDEO

"Onun nə ixtiyarı var ki, özünə sənətkar deyir" - Xalq artistindən Aygün Bəylərə SƏRT SÖZLƏR - VİDEO

ARB TV-nin "Sayqa ilə Bu axşam” proqramının növbəti qonağı Xalq artisti Ceyran Haşımova olub.  

Xəbərçi.az məlumat verir ki, xalq artisti Ceyran Haşımova əməkdar artistlər Aygün Bəylər və Röya Ayxanın yaşadığı qalmaqala münasibət bildirib.O, Aygün Bəylərin özünə sənətkar deməsini müsbət qarşılamayıb:  

"O zamanlar yatsaq yuxumuza da girməzdi ki, kimsə kimisə məhkəməyə versinlər. O zamanlar sənət var. Dahilər heç özlərinə sənətkar demirdi. Aygün Bəyləri lap uşaqlıqdan tanıyıram. İstedadını inkar etmək olmaz. Musiqi o qədər canına hopub ki, nə danışdığını da bilmir. Onun nə ixtiyarı var ki, çıxıb deyir ki, mən sənətkaram. Sənətkarı xalq deyər. Sənətkarlar heç özləri haqqında danışmırlar”.  

Xatırladaq ki, Aygün Bəylər “Səhər-səhər” verişində özünü sənətkar adlandırmış, Röyanın isə sənətinin olmadığını bildirmişdi. 


loading...