Başa düşmədim, xəstəxanaya düşə bilmərəm? Mən də insanam. Mənim əlimdə kardioqrama var. İki aydır ki, bronxlarımdan əziyyət çəkirəm. Çox soyuq olub. Bir neçə gün xəstəxanaya getmədim. Həkimlər dedi ki, siz ölmək istəyirsiz? Sonra müalicəyə getdim. Burada başqa heç nə yoxdur.
XƏBƏRÇİ.AZ məlumat verir ki, bu sözləri qafqazinfo.az-a açıqlamasında müğənni Nadir Qafarzadə silikonlarının çıxarması və göz qapağında əməliyyat olunması barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib:
Nadir dərc edilən xəbərlərin şayiə olduğunu qeyd edib:
"Mən bircə 2004-cü ildə burnumu əməliyyat etdirmişəm. Sadəcə, içdən narahatlıq keçirirdim. Yatanda xorultu verirdi. Bunu aradan götürdülər. Mənim əlimdə sənədlər var. Silikon filan deyil. Onu bilin ki, silikon vurulursa, onu çıxarmaq mümkün olmur. Bunu istənilən həkimdən soruşa bilərsiz. Bundan başqa, göz qapaqlarımda problem yoxdur.
Mənim 46 yaşım var, əməliyyata ehtiyacım yoxdur. Ehtiyac yaranarsa, edərəm. Özümə baxanam, arıq oğlanam. Kökəlməmişəm ki, göz qapaqlarım sallansın. Bizdə şayiə yaymaq adəti var. Belə xəbərlər yayırlar. Mənim övladlarım, xanımım var. Onlar da narahat olurlar, depressiyaya düşürlər".
Müğənni müayinəsini təsdiq edən sənədləri də qafqazinfo.az-a göndərib.
Qeyd edək ki, criminal.az saytı yazıb ki, Nadirin əməliyyat zamanı dodaqlarındakı süni gel çıxarılıb, gənc görünmək üçün gözətrafı artıq ətlər götürülüb.