Məhərrəmlikdə oğluna toy edən ifaçının yalanı İFŞA EDİLDİ

Məhərrəmlikdə oğluna toy edən ifaçının yalanı İFŞA EDİLDİ Xəbər verdiyimiz kimi, müğənni Manaf Ağayev Məhərrəm ayının ilk günündə oğluna toy edib.   Xəbərçi.az-ın məlumatına görə, müğənni Xəzər TV-də yayımlanan "Hər şey daxil" verilşində toydan danışıb.   O qeyd edib ki, toy saat 7-8-dən sonra daha da qızışıb: "Sizin çəkiliş qrupunuz toya tez gəlmişdi. Toy 7-8-dən sonra daha da qızışdı".   Bu məqamda qeyd etmək yerinə düşər ki, Məhərrəm ayının ilk günündə oğluna toy edən Manaf Ağayev bir neçə gün öncə mediaya açıqlamasında demişdi:  "Məhərrəm ayı hələ başlamayıb. Biz saat 2-də başlayıb axşam 6-7 yə məclisi bitirəcəyik. Məhərrəmlik axşam girir”.    Göründüyü kimi, müğənni öz dediklərini özü təkzib edib və bildirib ki, toy axşam saatlarına qədər davam edib.
loading...