Tanınmış müğənni Nazənin ARB TV-də yayımlanan “Səhər-səhər” verilişində şou-proqramlara getmədiyini bildirib.
Xəbərçi.az-a xəbər verir ki, müğənni bunun səbəbini həmin yerlərdə içkili şəkildə ona yaxınlaşan kişilərin olması ilə izah edib:
“Bir neçə qadın gəlib şəkil çəkdirmək istədi. Qadınlar gələndə, qəfil arxadan da bir kişi onları kobudcasına itələyib, şəkil çəkdirmək istədiyini bildirdi. Gəldi, əlini saldı boynuma. Elə pis oldum ki, bundan başqa bir dəfə də, varlı kişilərdən biri gördüm ki, barmağı ilə işarə edib, məni çağırır. Aparıcıya deyib ki, ona denən gəlsin mənim masamda oxusun. Bunu deyən adam fikirləşmir ki, qarşıma olan insan məni pulu ilə çəkər. Düzdür, bəzi sənət nümayəndələri var ki, bunu edirlər, pul yığırlar”. (publika.az)