Tanınmış ifaçı Damla günlərdir cəbhə bölgələrində konsert verir. Xəbərçi.az məlumat verir ki, əsgərlərlə birgə oxuyub, rəqs edən ifaçı nahar yeməyini də onlarla birgə yeyib. Müğənninin əsgərlərdən fərqli boşqab və stəkanda su içməsi müzakirəyə səbəb olub. Məsələnin əslini bilməyənlər hətta ifaçını qınaq atəşinə də tutublar.
Damla Xəbərçi.az-a açıqlamasında məsələyə aydınlıq gətirib və ölkə başçısı, Cənab prezident İlham Əliyevə cəbhə bölgələrində olan xüsusi şəraitə, diqqətə, qayğıya görə xüsusi təşəkkürünü bildirib:
" Sağ olsun Cənab Prezident ki, əsgərlərimizə o cür xüsusi qayğı göstərilir. Səngərdə konsert verdim bu mənim üçün şərəf idi. Ağdamda, Füzulidə .... Ardı da olacaq. İnanın əsgərlərin o qədər sevgisini, rəğbətini, hörmətini gördüm ki, bir daha fəxr etdim ki, nə yaxşı azərbaycanlıyam, nə yaxşı Azərbaycanda yaşayıram. Qurban olum Vətənimə də, əsgərimə də !!! Qaldı ki, yazırlar ki, Damla əsgərlərdən fərqli qabda yemək yedi və ya Damla özü ilə guya Bakıdan səngərə qab aparıb. İnanın oxuyub, sadəcə gülürəm! Əsgərlər, komandirlər bizim gələcəyimizi öncədən bilirdilər. Mən əlbəttə ki, özümlə qab-qacaq aparmamışam. Bu nə biabırçılıqdır ?! Bunu düşünmək belə cılızlıqdı, absurt fikirdi. Qonaqlar üçün xüsusi stol hazırlanmışdı. Çünki öncədən bilirdilər Damla gələcək. Məndə boşqabımı, stəkanımı götürüb hər kəsdən üzr istədim ki, mən bu yeməyimi əsgərlərlə yemək istəyirəm. Hər gün səhər-axşam, isti-soyuq bilmədən bizləri qoruyan əsgərlərlə ... Deməkdən ki, əhsən hər şeyə bir mız qoyurlar. Ayıbdır vallah".