Azərbaycanlı aparıcı efirdə qusmaq istədi: sonrasına özünüz baxın

Azərbaycanlı aparıcı efirdə qusmaq istədi: sonrasına özünüz baxın

Bu gün ATV-də yayımlanan "Mətbəx işi" verilişində maraqlı olay yaşanıb.

XƏBƏRÇİ.AZ milli.az-a istinadən xəbər verir ki, son zamanlar aktrisalığı birinci plana keçən Kəmalə Piriyeva aparıcısı olduğu verilişdə xoşagəlməz halla qarşılaşıb. Belə ki, mətbəx verilişinin bu dəfəki ərəb əsilli aşbazı ərəb ölkələrində istehsal olunan küncüt yağından danışıb: "Bu küncüt yağı (tahin pastası) Azərbaycanda istifadə edilmir. Çox dadlıdır. Bu yalnız ərəb mətbəxində istifadə olunur. Azərbaycanda marketlərdə Türkiyə istehsalı olanı küncüt yağları var. Onun keyfiyyətini bilmirəm necədir. Ərəb istehsalı olan küncüt yağı şirin deyil".

"Dadına bir dənə baxım görüm, o, ümumiyyətlə, nədir" deyən Kəmalə Piriyeva qaşığın ucunda küncüt yağının dadına baxmaq istəyib. Gənc xanım aparıcı özünü qaytarmaqdan güclə saxlayıb.

Kəmalə bu olaydan sonra "Yəqin yeməyin içində yaxşı alınar" sözləri ilə özünə təsəlli verib.

 

Qeyd edək ki, Kəmalənin "Mətbəx işi" verilişi həftə içi hər gün yayımlanır.

Verilişdən sözügedən kadrları təqdim edirik:


loading...