Aparıcı Zemfira Adıgözəlova İçərişəhərdə yerləşən "Karvansara" restoranında rəfiqələri ilə birlikdə şam yeməyi yeyib.
XƏBƏRÇİ.AZ məlumat verir ki, sonda gələn hesab aparıcını şoka salıb.O, narazıçılığını XƏBƏRÇİ.AZ-a açıqlayıb. Hətta bu barədə Zema İnstaqram hesabında da məlumat verib. Qiymətlərin süni artırıldığını iddia edən aparıcı xanım "4 nəfərə bu qədər hesab normaldır? İçərişəhərdə yerləşdiyinə görə?" deyə etiraz edib.
Çekdən göründüyü kimi bir tikə balıq 35 AZN, 2 şiş tikə 16 AZN və salatlar... Sonda isə toplam hesab 244 AZN edib.