“Əməliyyat olunmamışam” - 35 kiloqram arıqlayan Aşıq Əli danışdı - VİDEO

“Əməliyyat olunmamışam” - 35 kiloqram arıqlayan Aşıq Əli danışdı - VİDEO

Mədəsini kiçiltməsi ilə bağlı müzakirələrə səbəb olan Aşıq Əli ARB TV-ni "Günə Son” proqramına qonaq olub.

XƏBƏRÇİ.AZ məlumat verir ki, aşıq bu xəbəri təkzib edib və arıqlamaq üçün heç bir əməliyyat keçirtmədiyini bildirib.

"Bir az yeməkləri və qazlı suyu azaltdım. Artıq 15-20 kiloqramım qalıb. Məni eşidənlərə demək istəyirəm ki, arıqlayanda belə həkimə getmirəm. Deyirlər ki, əməliyyat elətdirib. Mən onu xoşlayan bir insan deyiləm. Həkimlər mənə təmənnasız etmək istəyiblər. Ancaq ehtiyac yoxdur. Sadəcə yaxşı ətraf oldu və yeməkləri azaltdım”.

O, şəklin fotoşop olduğunu düşünənlərə belə cavab verib:

"Fotoşop deyil, 35 kiloqram arıqlamışam. 150-dən çox idim, 140-a düşüb. Səhhətimdə problem yox idi, amma gələcəkdə problem yarana bilərdi”

Aşıq Əli "İnstagram"da yazılan şərhlərə baxmağa vaxtının olmadığını, dostu Aşıq Vüqarın vəziyyəti ağır olduğu üçün onun yanında olduğunu bildirib.

 

 


loading...