Zenfira İbrahimova həyat yoldaşının həbs edilməsi xəbərinə — MÜNASİBƏT BİLDİRDİ

Zenfira İbrahimova həyat yoldaşının həbs edilməsi xəbərinə — MÜNASİBƏT BİLDİRDİ Tanınmış xanəndə Zenfira İbrahimova həyat yoldaşı, idmançı Anar İbrahimovun polis tərəfindən saxlanılması ilə bağlı məlumata münasibət bildirib.

Xəbərçi.az-ın məlumatına görə, xanəndə ölkə.az-a açıqlamasında bildirib ki, deyilənlər həqiqətə uyğun deyil. Onun sözlərinə görə, belə bir hadisə baş verməyib.

“Belə bir fakt yoxdur. Hazırda toydayam deyə, danışa bilmirəm. Mümkünsə başqa vaxt əlaqə saxlarıq”, - deyə Zenfira İbrahimova bildirib.

Qeyd edək ki, bu gün xanəndə Zenfira İbrahimovanın həyat yoldaşı, idmançı Anar İbrahimovun polis tərəfindən saxlanılması ilə bağlı “Ölkə.Az”a məlumat daxil olub. Verilən məlumata görə, Anar Heydərov şikayət əsasında həbs edilib. Onu borc pul alıb, qaytarmamaqda ittiham ediblər.

Xatırladaq ki, cütlüyün toyu 2005-ci ildə olub. Onların birgə nigahdan İbrahim adlı oğul, Dəniz adlı qız övladları var.


loading...