Sevil Sevinc bacıları polisə çağırıldıqlarını təsdiqlədilər: " Yasamal Polis İdarəsinin müstəntiqi ...

Sevil Sevinc bacıları polisə çağırıldıqlarını təsdiqlədilər: " Yasamal Polis İdarəsinin müstəntiqi ...

Ötən gün müğənnilər Sevil-Sevinc Səfərovaların Yasamal Rayon Polis İdarəsinə çağırıldıqları haqda məlumat vermişdik.

Xəbərçi.az bildirir ki, əkizlər bu məlumatı təsdiqləyərək İnstaqram hesablarında paylaşım ediblər. Paylaşımda qeyd olunur: "Sevgi çox təhlükəli hissdir, xüsusilə də, o sevgi aşırı dərəcədə olursa. Məni hər zaman qorxudan əlçatmaz sevgi olub. Aydınlıq gətirim ki, tanımadığımız bir şəxs ifadəsində adımızı çəkib. Çox şükür ki, Yasamal Polis İdarəsinin müstəntiqi öz işini peşəkar şəkildə aparıb və təqsirləndirilən şəxsin verdiyi ifadənin yanlış olduğu təsdiq edilib".

Xatırladaq ki, bir neçə gün öncə Yasamalda oğurluq faktı qeydə alınmışdı. Altı min civarında oğurluq edən gənc oğlan Yasamal polisi tərəfindən saxlanılmışdı. Həmin şəxs ilkin ifadəsində oğurladığı 6 min manatın böyük qismini pərəstişkarı olduğu Sevil-Sevinc bacılarına xərclədiyini açılqamışdı. Müğənni bacılar da şahid qismində ifadə vermək üçün polis bölməsinə dəvət olunmuşdu.


loading...