ANS telekanalında yayımlanan “Kamerton” musiqili verilişi ilə məşhurlaşan aparıcı Gülnarə Məmmədova övladını itirib.
Xəbərçi.az məlumat verir ki, hamiləliyin sonuncu aylarını yaşayan aparıcı sosial şəbəkədə bu haqda məlumat verib.
O, övladını itirməsi ilə bağlı təsirli status yazıb:
“Qızım sən mənim həyatımda oxuduğum ən gözəl hekayəmsən. Hər zaman mənimləsən, qəlbimin ən gözəl yerindəsən. Məndə doğuldun, heç batmayan günəşimsən. Sən mənə Mövlamın verdiyi, bu dünyada aldığım ən gözəl hədiyyəmsən. Yanımda olsan da, olmasan da, məndə qoyduğun və heç silinməyən iz buraxan imzamsan. Keçməyən şirin acımsan. Sən hər iki dünyada mənə lazımsan. Cənnətə birlikdə getdiyim açarımsan. Sən mənim canımsan, qanımsan, bircə qızımsan...”
Qeyd edək ki, aparıcı 2015-ci ildə Özgür adlı türkiyəli iş adamı ilə ailə qurub. Bu, onun ikinci evliliyidir.