"Oğluma müğənni qız almaram" deyənlərə Aysundan sillə kimi cavab: "Sizi niyə alıblar?"

"Oğluma müğənni qız almaram" deyənlərə Aysundan sillə kimi cavab: "Sizi niyə alıblar?"

Son zamanlar ifaçılığa başlayan Aysunla müsahibəmizdən bir hissəni təqdim edirik:

Şou-biznesdən kiminsə oğlu ilə evlənərsən?

- Müğənni oğlu ilə evlənmərəm. Amma yenə də bu işlər qismətdir. Mən özüm müğənni övladıyam və inanmıram ki, müğənni övladı ilə ailə quraram. Belə deyim, mən istəmirəm ki, gələcəkdə ailə quranda öz ailəmdə yaşadığım əziyyətləri yaşayım. Ona görə də müğənni oğlu ilə evlənmərəm. Çünki mən bilirəm ki, hər bir müğənni necə əziyyətlər çəkir.

- Elələri də var ki, deyirlər oğluma müğənni qızı almaram. Həmin şəxslərə nə demək istəyərsən?

- Deyərəm ki, onda sizi niyə alıblar? Siz də müğənnisiniz axı ... (gülür-red)

Müsahibə  Xəbərçi.az-a  ( @xeberchi.az ) məxsusdur.


loading...