Müğənni Elton Hüseynəliyev keçmiş səhvlərindən danışıb.
Xəbərçi.az bildirir ki, yenicag.az-a açıqlama verən müğənni ən böyük zərbəni qadınlardan aldığını etiraf edərək, həyat yoldaşına təriflər yağdırıb:
“Bu həyatdır, hər bir insan səhv edə bilər. Hər bir ailədə söz-söhbət olur. Kim desə ki, bizim ailəmiz idealdır, mən buna inanmaram. İki insan bir araya gəlirsə, orda mütləq söz-söhbət olacaq. Amma iki insan danışaraq, ortaq məxrəcə gəlirsə, bir-birini anlayırsa, orda gözəllik var. Ailəni bir yerə gətirmək kişinin əlindədir. Qadın da onu qoruyur. Əgər kişi hər hansı bir səhvə yol veribsə, bunu açıqlamaq məcburiyyətindədir. Nala-mıxa vurmaq lazım deyil. Ailəmin yenidən birləşməsində Tomanın rolu böyük oldu. Bunu etiraf etməliyəm. Əgər o istəməsəydi, bu gün biz bir yerdə olmayacaqdıq. Mən xanımımın dəyərini əvvəllər başa düşmürdüm. Bunu indi-indi anlayıram. Heç bir qadın məni onun kimi dəstəkləyə bilməzdi. Bu həyatda ən böyük zərbələri qadınlardan almışam. Tomaya qurban olum, o mənim varlığımdır”.