Əməkdar artist Xumar Qədimova yeni ildə ilk yeni nəğməsini təqdim edib. Mahnı "Sarhoş gibiyəm" adlanır. Xəbərçi.az məlumat verir ki, sevilən ifaçının budəfəki seçimi türk folklor musiqisindən olub. Xumar Qədimova ilk dəfə mahnını ARB TV-də yayımlanan aparıcı Rövşanənin verilişində ifa edib.
Xumar Qədimova "Sarhoş gibiyəm" ə yeni nəfəs verib. Və mahnını tamamilə fərqli tərzdə və özünəməxsus şəkildə ifa edib.