Aparıcı Zema üçün insanların fikri əhəmiyyətsizdi: "Xoşun gəlmirsə, baxma"/

“Ay Zemanın orası çöldə qaldı, ay burası göründü” və s. kimi fikirlər mənim üçün əhəmiyyətsizdir. Xoşun gəlmirsə, baxma".
Aparıcı Zema üçün insanların fikri əhəmiyyətsizdi: "Xoşun gəlmirsə, baxma"/

Uzun müddətdir televiziyada kanallarından uzaq olsa da, tamaşaçı onu çox gözəl xatırlayır. Hər gün tamaşaçı gözü "mazol" edib, yadda qalmaq üçün dəridən-qabıqdan çıxan aprıcılardan fərqli olaraq Zema gec olsun, amma güc olsun deyir. Təqdim edəcəyi proyekti unudulmaz edə bilir. Çünki özü də valehedici qadındır. Həm bədən quruluşu, həm xasiyyəti, həm də i, cazibədarlığı ona kömək olur. Ailəlidir. Beləliklə müsahibim aparıcı Zemadır. Müsahibə Xəbərçi.az-a məxsusdur. 

- Zemfira xanım, xeyli müddətdir ki, efirdən uzaqsınız. Tamaşaçıları bu qədər intizarda qoymağınızın səbəbi nədir?

- Sözün düzü, mənim efir çərçivəsində müəyyən şərtlərim var. Bəzən də təklif olunan verilişlərin formatını özümə uyğun görmürəm. Bilirsinizmi, mən efirdə özümü tam sərbəst hiss etmək istəyirəm.

- Bəs qorxmursunuzmu, efirdən uzaq qalmaqla unudula bilərsiniz?

- Bu məni qətiyyən narahat etmir. Hər aparıcının özünəməxsus statusu var. İllər keçsə də, mən öz adımı qorumağı bacarıram. Təbii ki, aparıcılıq da müəyyən bir zamana qədər olan bir şeydir.

- Sizi seksi aparıcı adlandırırlar. Necə oldu ki, belə bir ad sizə verildi?

- Bu adı tamaşaçılar mənə ilk verilişimdən verdilər. Sözün düzü, əvvəl məndə bu ada qarşı kompleks var idi, bir az da utanırdım. Lakin zaman keçdikcə öyrəşməyə başladım və qəbul etdim.

- Hal-hazırda özünüzdən savayı seksi aparıcı olaraq kimi görürsunuz?

- Bu adı tamaşaçılar verir. Mən eşitməmişəm ki, hansısa bir aparıcını seksi aparıcı adlandırsınlar. Ona görə də, konkret heç nə deyə bilmərəm.

- Bədəninizin hansı hissəsini daha çox cazibədar hiss edirsiniz?

- Ən çox saçımı... Bir məsələ də var, deyirlər ki, insan ən çox saçdan nəzərə gəlir. Saç vasitəsilə enerjini daha tez çəkmək olur.

- Belə çıxır ki, bədnəzərə inanırsınız...

- İnanıram, amma caduya, fala bir o qədər də inanmıram. Çünki mən hər bir məsələyə elmi tərəfdən yanaşmağa üstünlük verirəm.

- Saçdan söhbət düşmüşkən, deyirlər ki, sarışın, xüsusən də qıvrımsaçlı xanımlar çox ehtiraslı olur...

- Bu barədə eşitməmişəm (gülür -red). Amma mənim saçım uşaqlıqdan qıvrım olub. Sadəcə olaraq, çox havalı olduğundan məktəb vaxtları anam həmişə hörərdi. O vaxtdan bəri saçım belə quruluşa malikdir.

- Səbrinizin tükəndiyi an kimdən yapışırsınız?

- Həmin vaxt əlimə kimsə keçməsin... (gülürük -red). Bəzən də belə vaxtlarda kimsə zəng edirsə, ona kobud cavab verə bilərəm.

- Qonşularınızla münasibətiniz necədir?

- Sözün düzü, gediş-gəlişim yoxdur, çünki xoşlamıram dayanıb qonşu ilə saatlara söhbət etməyi. “Salam-sağ ol” öz yerində...

- Ümumiyyətlə, kənardakı insanların dedi-qodusuna reaksiya verirsiniz?

- Qətiyyən. Mən başqalarının fikri ilə oturub-duran adam deyiləm. Mənə maraqlı da deyil. “Ay Zemanın orası çöldə qaldı, ay burası göründü” və s. kimi fikirlər mənim üçün əhəmiyyətsizdir. Xoşun gəlmirsə, baxma (gülürük -red).

- Ən çox nəyin üstündə mübahisə edirsiniz?

- Əslində, mən belə şeylərdən həmişə uzaq qaçmağa çalışıram. Məsələn, bir məclisdə üç-dörd nəfər mübahisə edirsə, oranı tərk etməyi üstün tuturam.

Cavidan Abdullayev


loading...