Dünən "5/5" verilişinin qonaqlarından biri uzun müddətdir efirlərdən kənar düşən Rahidə Baxış olub.
Xəbərçi.az milli.az-a istinadən xəbər verir ki, aparıcı Zaur xanım qonağının şəxsi həyatındakı bəzi məqamları açıqlaması üçün bəzi suallar ünvanlayıb.
Aparıcı ilə müğənninin dialoqunu təqdim edirik:
Bütün xanımlar romantikdir?
- Mən evdə süfrə açanda sevirəm şam yandırım. Məsələn, amma elə xanımlar var ki, sevmir.
İndi sənin şam yandıran vaxtındır ki?
- Əlbəttə, mən həmişə şam yandırmalıyam. O yaşa baxmır ki, Zaur.
Söhbət yaşdan getmir, təksən, ona görə deyirəm.
- Onun heç bir aidiyyəti yoxdur. İndi mən belə yandırıram da!