Ötən günlərdə müğənni Yıldız Tilbə 25 il küsülü qaldığı həmkarı Sezen Aksu ilə barışıb.
Xəbərçi.az bildirir ki, Yıldız Tilbənin təşəbbüsü ilə baş tutan bu barışıqdan sonra sənətçilər yenidən bir araya gəliblər. Yıldız Tilbə Sezen Aksuyla birlikdə çəkilən fotolarını sosial şəbəkədə paylaşaraq "Çox şükür, gec oldu, güc olmadı" sözlərini qeyd edib.
Qeyd edək ki, 25 il əvvəl Yıldız Sezen Aksu ilə eşq yaşayan müğənni Uzay Heparı ilə bir gecəlik münasibət qurmuşdu. Bu da onların arasında davaya səbəb olmuşdu.
Xəbərçi.az həmin fotoları təqdim edir: