Məşhur ABŞ-lı aktrisa Keira Keeleyin Nyu-Yorkda "Union Square" metrostansiyasında Leonore Gonzalezi adlı sərnişini qatar reyslərinə itələdiyi iddia edilib.
Xəbərçi.az bildirir ki, polis mənbələri büdrəyən Gonzalezin bir sütuna yapışaraq reys xəttinə düşməkdən son anda xilas olduğunu bildirib. Şahidlərin sözlərinə görə, qatar yaxınlaşdığı zaman Keeleynin Gonzalezi qəsdən reyslərə itələyib. Hadisə yerinə gələn polis məmuru aktrisanı həbs edib. Keeley isə Gonzalezi daha əvvəl heç tanımadığını və yıxılmaq ərəfəsində ona kömək etmək istədiyini bildirib. Hadisə zamanı içkili olduğunu etiraf edən Keeley Gonzalezi itələdiyi iddialarını isə rədd edib. O, qəsdən birinə zərər verməyə görə 7500 dollar pul cəzasına məhkum edilib.