Səbinə quşu gözündən vurdu: "Bəsdir, camaatı gic yerinə qoydunuz, 200 manata ..." -

Səbinə quşu gözündən vurdu: "Bəsdir, camaatı gic yerinə qoydunuz, 200 manata ..." -

Müğənni Səbinə Əskərova rüşvət verib "Azərbaycan gözəli" seçilənləri ələ salıb.

Xəbərçi.az bildirir ki, ifaçı bu işi təşkil edənlərə də məsləhət verib: "Məndən heç kim inciməsin, bəsdirin, camaatı gic yerinə qoydunuz! Sözüm geydirmə gözəllik yarışmalarının təşkilatçılarınadır.  Hərə 3 aydan bir 10 nəfəri yığıb gözəl seçir. Adını da qoyur "Azərbaycanın gözəli filankəs seçildi". Harada seçildi? Hansı bədən ölçüləri və üz cizgilərinə görə seçildi? Səhv etmirəmsə, burada seçiləndən sonra həmin "gözəl" beynəlxalq gözəllik yarışmasına da qatılmalıdır axı. Niyə burada seçilir və yoxa çıxır? Heç olmasa, "Azərbaycanın ən gözəli" adını verməyin. Bu işi ya ciddi, rüşvətsiz görün, ya da başqalarına həvalə edin. Sözüm eynilə pul ilə mükafat alan müğənnilər, aparıcılar, gətiricilər və ötürücülərədir. Özünüzə hörmət edin, özünüzü aldatmayın. Bir də görürsən ki, ilin ən yaxşı müğənnisini, mahnısını, klipini seçirlər. Haradan oldu ilin ən yaxşı müğənnisi? Hansı ki, heç bir dəfə də eşidilməyib. Ya da elə əndrabadi müğənniyə "ilin ən yaxşı müğənnisi" mükafatını verirlər ki, o müğənnini qohumlarından başqa heç kim tanımır. 200 manatınıza heyifiniz gəlsin. Hamı sizə gülür. Həm gülünc vəziyyətə düşürsünüz, həm də pulunuz gedir. Düzdür, mən özüm də möhtəşəm işlər görmürəm, amma ən azından başqalarına qarşı haqsızlıq etmirəm. Yoxsa, 200 manatdan bütün mükafatları özüm alaram. Bəs bu, məndən daha yaxşı işlər görənlərə haqsızlıq olmaz?! Olar!".


loading...